Yeni transfer gözlənilir? - Murad Musayev bu suala cavab verdi

21 Yanvar 18:50 Sabah 721
Yeni transfer gözlənilir? - Murad Musayev bu suala cavab verdi

"İlk öncə, 20 yanvar gününə görə Azərbaycan xalqına başsağlığı verirəm. Oyuna gəlincə, birinci hissə yaxşı alındı. Hər iki komanda hücum edirdi, hər iki tərəf qol vura bilərdi. İkinci yarıda dinamika çox deyildi, sürət aşağı oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Məncə, stadiona gələn azarkeşlər oyundan razı qaldılar".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə (0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- Ayaz Quliyev Aleksey İsayevin boşluğunu doldura bildi?

- Ayaz yaxşı oyun keçirdi. İnanırıq ki, o, bunun öhdəsindən gələcək. Amma suala cavab vermək üçün müəyyən müddətə ehtiyac var.

- İsayevin gedişinə görə oyun planında nəsə dəyişiklik edəcəksiz?

- Xeyr. Bir oyunçuya görə oyun planımızı dəyişmək fikrimiz yoxdur.

- Yeni transfer gözlənilir?

- Hələ ki, yox. Heç kimlə danışıqlar aparmırıq.

- Miodraq Bojoviçi Rusiyadan yaxşı tanıyırsız. Ona Rusiyada həmişə qalib gəlmişdiz, bu gün də uduzmadız. Bunun hansısa resepti var?

- Önəmli olan bu gün baş verən hadisələrdir. Hansısa müqayisə aparmaq doğru olmaz. Rusiyada çalışarkən mənim komandam Bojoviçin komandasından daha yaxşı idi, imkanlar daha geniş idi. Amma hazırda eyni gücə malik komandalardayıq. Düzü, ona qarşı neçə dəfə oynadığımı xatırlamıram.

- "Sabah"da işləməyə başladığınız komanda ilə hazırkı arasında fərq yüksəkdir?

- Futbolda bu hallar normaldır. Gələnlər olur, gedənlər də olur. Müqayisə etmək düzgün deyil. Hər dəfə yenilənmə olur. Avrokuboklarda Coy-Lens Mikels olmadan da, necə oyunlar oynamışdıq. Əlimizdə olan heyətlə istədiyimiz nəticələri qazanmağa çalışmalıyıq. Hansısa müqayisə aparmaq doğru deyil.

- Son dəqiqələrdə hücum xəttində dəyişikliklər etdiniz. Qələbə qazanmaq üçün etdiniz, yoxsa məcburiyyətdən irəli gəlirdi?

- Qalib gəlmək istəyirdik. Ona görə də dəyişikliklər etdik. Bizim hücum mövqeyində oynayan yaxşı futbolçularımız var. Bəlkə də, həmin futbolçuları daha əvvəldən meydana buraxmaq olardı.

- Oyunlar zamanı sizi emosional görməyə alışmışıq, amma bu gün daha çox təmkinliydiniz. Hakimlik haqda da çox danışmadız...

- Xüsusi danışmağa nəsə yoxdur. Hakim bu gün çox da görünmədi. O, sərt oyuna icazə verirdi. Mənim belə olanda, xoşum gəlir. Sərt mübarizələrə oynamaq imkan verən hakim haqda nəsə demək olmur. Çalışacam ki, hər zaman təmkinli və sakit olum.

Digər Xəbərlər
Xəbər Lenti