“Bu, adi haldır, klub pul qazanır” - “Sabah”ın TRANSFER BAZARI

20 Yanvar 2024 17:40 Sabah 1 142
“Bu, adi haldır, klub pul qazanır” - “Sabah”ın TRANSFER BAZARI

“Futbolçu özünü yaxşı tərəfdən göstərəndə ona başqa klublardan maraq və təkliflər olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Aparıcı futbolçular “Sabah”da parlayandan sonra komandadan gedirlər.

Yayda Coy-Lens Mikelslə Aleksey Kaşuk, indi də Aleksey İsayev.
Rusiyalı mütəxəssis bunun əsas səbəbini nədə görür? Onu dinləyək:

“Bu, futboldur. Futbolçularımıza tələbat varsa, deməli, biz öz işimizi layiqincə görürük.

Üstəlik, klub da transferlərdən pul qazanır. Adi haldır, normal haldır. Futbolda belədir - daim kimsə gedir, kimsə gəlir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti