Gündəmin sualına cavab: "Hamımız bunun üçün çalışırıq"

19 Yanvar 23:00 Sabah 531
Gündəmin sualına cavab: "Hamımız bunun üçün çalışırıq"

Premyer Liqanın birinci yarısını uğursuz keçirən klubların başında təbii ki, "Sabah" gəlir.

Ötən mövsümün gümüş medalçısı bu sezon heç özünə bənzəmir.

Murad Musayevin komandası 18 turdan sonra 22 xalla 8-ci pillədə qərarlaşıb.

Liderdən nə az, nə çox 19 xal geri qalan komandanın çempionluq şansları çoxdan suya düşüb.

Bəs avrokuboklar perespektivi necə? Görəsən, "tələbələr" mövsümün sonu ən azı bu vəzifəni yerinə yetirə biləcəkmi?

Komandanın liderlərindən sayılan Anatoli Nuriyev Sportinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, qışdan sonra əsas hədəfləri məhz avrokuboklara getməkdir:

"Ümid edir və inanıram ki, çempionatın ikinci yarısında yaxşı nəticələr əldə edəcəyik.

Əsas məqsədimiz oyundan-oyuna artırmaq və hər matçımızdan müsbət nəticə ilə ayrılmaqdır.

Əlbəttə, mövsümün sonunda avrokuboklara vəsiqə verən yerlərdən birində qərarlaşmağımızı istərdim. Hamımız bunun üçün çalışırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti