“Zəng vurub desə ki...” – Murad Musayevdən iki cümləlik açıqlama

18 Yanvar 23:00 Sabah 626
“Zəng vurub desə ki...” – Murad Musayevdən iki cümləlik açıqlama

Qış fasiləsində əsas futbolçusu Aleksey İsayevi itirən “Sabah”da hələ ki durrğunluq hökm sürür.

“Tələbələr”in yeni adlarla güclənəcəyi deyilsə də, baş məşqçi Murad Musayev saytımıza verdiyi müsahibədə transferlərin olmayacağını açıqladı.

Ötən yay pula görə “Sabah”ı “Əl Faysal”a dəyişən Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanında xoşbəxt olmadığını nəzərə alsaq, 29 yaşlı yarımmüdafiəçinin keçmiş komandasına qayıdışı kifayət qədər mümkün görünür.

İş burasındadır ki, Mikels cari mövsümdə “Əl Faysal”dan başqa yalnız “Sabah”ın formasını geyinə bilər. Hər halda, UEFA-nın tələbləri belə deyir.

Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında fransalı futbolçunun dönüşü barədə danışıb:

“Mikels zəng vurub desə ki azad agentəm və “Sabah”a qayıtmağa hazıram, hə, onda danışmaq olar. İndiki məqamda onun qayıtması üçün heç bir səbəb görmürəm”.

Coy-Lens “Sabah”ın formasını geyindiyi 2 il ərzində daxili və xarici yarışlarda 69 oyunda şans qazanıb. O, 33 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti