Ayrılıq xəbəri yayılan legioner Bakıya qayıtdı

19 Yanvar 17:00 Sabah 2 909
Ayrılıq xəbəri yayılan legioner Bakıya qayıtdı

Kristian Sebalyos müqaviləsinin sonuna kimi "Sabah"da qalacaq.

Uzun müddətdir zədədən əziyyət çəkən ispaniyalı bu mövsüm 1 dəqiqə belə oynamayıb.

Yarımmüdafiəçi komandasının Antalyada başa tutan qış təlim-məşq toplanışında da iştirak edə bilmədi.

Belədə "Barselona"nın yetirməsinin Masazır klubunu tərk etdiyi barədə iddialar yayılmışdı.

Lakin yayılan iddialar həqiqəti əks etdirmir.

Ölkəsində bərpa prosesini keçən 31 yaşlı əcnəbi artıq Bakıdadır.

"11 nömrə"nin müqaviləsi bu yay başa çatır.

Böyük ehtimal gözlənilən ayrılıq da məhz onda baş tutacaq.

Sebalyos 2021-ci ildən "tələbələr"in şərəfin qoruyur.

Arxada qalan müddətdə yarımmüdafiəçi meydana çıxdığı 31 görüşdə 6 qol, 6 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!