Azərbaycan klubu üçün bəhanələr geridə qaldı, indi isə... BAŞLAYIR!

17 Yanvar 23:00 Sabah 713
Azərbaycan klubu üçün bəhanələr geridə qaldı, indi isə... BAŞLAYIR!

Ötən mövsümü çox uğurlu keçirən "Sabah" yayda ciddi itkilərlə üzləşdi.

Gümüş mükafat qazanan kollektivi Aleksey Kaşuk, Con Leys Mikels, Abdulaye Ba və Bəxtiyar Həsənalizadə kimi əsas heyət üzvləri tərk etdi.

Əvəzində Masazır təmsilçisi nə az, nə çox 9 yeni transferlə yadda qaldı.

Söhbət Ayaz Quliyev, Rəhman Daşdəmirov, Jarl Marqarita, Hadudi, Vinsent Till, Jesse Sekidika, İshak Belfodil, Sofian Çakla və Kahem Parrisdən gedir.

Amma yuxarıda adı çəkilənlər heç də hamısı düşərgəyə yaxşı formada qoşulmamışdı.

Məsələn, Ayaz Quliyev, Jessu Sedika, İshak Belfodil yeni gələndə oyun praktikasından əziyyət çəkirdisə, Vinsent Till, Jarl Marqarita mövsümün birinci yarısında uzun müddət zədədən əziyyət çəkməli oldular.

Və ən əsası yenilərin əksəriyyəti yay toplanışında iştirak etməmişdi.

Qısası, Murad Musayevin yenilənən kollektivlə tam çalışmaq imkanı demək olar olmamışdı.

Komanda yeni mövsüm ilk dövrədən sonra 8-ci pillədə qərarlaşır. Uğursuzluqda yuxarıdakı faktların rolu az deyildi. Buna bəhanələr də deyə bilərik.

Amam qış təlim-məşq toplanışı hər şey tam fərqli keçdi. Yaydan sonra yenilənmiş "Sabah" ilk dəfə rusiyalı mütəxəssisin toplanış boyu sərəncamında oldu.

Bütün məşqlərdə iştirak etdilər, yoxlama oyunlarının bir parçası oldular.

Mövsümün ikinci yarısı bu baxımdan həm Musayev, həm də yenilər üçün bir sınaq meydanı olacaq.

Artıq bəhanəyə yer yoxdur.

Adaptasiya prosesin keçməyə, optimal forma yığmağa kifayət qədər zaman oldu.

İndi qalır rəsmi matçlarda bunu nəticələrə yansıtmaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti