Niyə klubla yeni müqavilə imzalamır? - "Onun hər iki gözü Azərbaycan millisindədir"

16 Yanvar 14:40 Sabah 1 218
Niyə klubla yeni müqavilə imzalamır? - "Onun hər iki gözü Azərbaycan millisindədir"

«Onun fikri Azərbaycan millisindədir».

Bu açıqlama «Sportinfo»nun təsisçisi İlkn Vaqifoğluna məxsusdur.

ATV kanalında efirə gedən «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu Murad Musayevin «Sabah»ı yığmaya dəyişmək istədiyini bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin oktyabrından etibarən ölkəmizdə çalışan rusiyalı mütəxəssis martda AFFA-da keçiriləcək prezident seçkilərini gözləyir:

«Sabah» ona 2,5 illik yeni müqavilə təklif edib. Bugünlərə kimi, Rusiya saytları Musayevi müxtəlif klublara namizəd göstərir.

Belə təsəvvür yaradılır ki, Rusiyanın aşağı-yuxarı bütün klubları Musayevin xidmətində maraqlıdır. Ancaq bu şəxsin Rusiyaya qayıdacağını gözləmirəm.

Özü də bilir ki, indi ora qayıtsa, onu heç bir perspektiv gözləmir. Azərbaycanda çalışmaqla isə o, Avropa arenasına çıxa, özünü göstərə bilər.

Murad Musayevin «Sabah»la yeni müqaviləni hələ imzalamaması təsadüfi deyil. Hər iki gözü Azərbaycan millisindədir.

«Sabah»da qalıb-qalmayacağını müəyyənləşdirməyə tələsmir. Martı gözləyir. AFFA-ya kimin prezident seçiləcəyini bilmək istəyir.

Klubla bağlı yekun qərarını buna əsasən vermək niyyəti var».

Digər Xəbərlər
Xəbər Lenti