Azərbaycan klubunun bu transferdən qazancını görün - VİDEO

16 Yanvar 2024 17:40 Sabah 2 440
Azərbaycan klubunun bu transferdən qazancını görün - VİDEO

Futbol eksperti Emin Abbasov millinin müdafiəçisi Ceyhun Nuriyevin «Sabah»dan «Zirə»yə keçidini dəyərləndirib.

Tanınmış teleşəhrçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində 22 yaşlı gəncin Masazır klubuna 100 min manat qazandırdığını bildirib.

O, 2,5 illik müqaviləyə imza atan Nuriyevin «qartallar»a faydalı olacağına əminliyini ifadə edib.

Deyib ki, Ceyhunun potensialı böyükdür və oyun praktikası əldə edərsə, özünü yaxşı tərəfdən göstərəcək.

Abbasov onun mövsümün əvvəlində əvəzedici heyətə göndərildiyini, bu səbəbdən satışının zərurətə çevrildiyini xatırladıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti