"Bu da bizim üçün yaxşıdır" - 0:3 hesabıyla uduzmaqları haqda

15 Yanvar 2024 09:00 Sabah 5 624
"Bu da bizim üçün yaxşıdır" - 0:3 hesabıyla uduzmaqları haqda

"Sabah" Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununda "Vorskla" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın baş məşqçisi Murad Musayev matç haqda klubun mətbuat xidmətinə açıqlama verib:

"İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi.

Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qol çevirə bilmədik.

Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Yaxşı oyun keçirdik, sadəcə, nəticə istədiyimiz kimi olmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti