“Sabah” bu gün Ukrayna klubu ilə qarşılaşacaq

14 Yanvar 2024 15:40 Sabah 782
“Sabah” bu gün Ukrayna klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynadan “Vorskla” ilə qarşılaşacaq.

Murad Musayevin rəhbərlik etdiyi komandanın oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti