"Sabah" avrokuboklara düşməsə, qazanılan bu pulun dəyəri qalmayacaq".
Bu rəy futbol eksperti Emin Abbasova məxsusdur.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Masazır klubunun son 6 ayda satdığı futbolçulardan danışıb.
Bildirib ki, Coy-Lens Mikels, Ceyhun Nuriyev və Aleksey İsayevin satışı "bayquşlar"a üst-üstə 2,5 milyon manata yaxın vəsait qazandırıb.
O deyib ki, bu, kifayət qədər yaxşı göstəricidir, amma komanda mövsümün sonunda qitəmiqyaslı yarışlarda iştirak etməsə, vəziyyət dəyişəcək.
Abbasov xatrladıb ki, klubun büdcəsi kifayət qədər yüksəkdir, sadəcə, Murad Musayevin işi bundan sonra çətin olacaq.
Ekspert söyləyib ki, İsayevin yoxluğunda kollektivin necə təsir bağışlayacağı onda böyük maraq doğurur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

