Murad Musayev Aleksey İsayevin yerinə kimi almağı planlaşdırır?

12 Yanvar 2024 14:00 Sabah 2 535
Murad Musayev Aleksey İsayevin yerinə kimi almağı planlaşdırır?

Aleksey İsayevi “Qarabağ“a göndərən “Sabah“ın yeni transfer hədəfi məlum olub.

Komandanın liderinin satışından 500 min dollar qazanan “bayquşlar“ Eldar Quliyevi “Zirə“dən almağı planlaşdırır.

Masazır klubu ilə yayda bitəcək müqaviləsini daha 2,5 il müddətə uzadan Murad Musayev Ukrayna pasportu daşıyan yarımmüdafiəçini sərəncamında görmək istəməsi barədə rəhbərliyə raport verib.

“Qartallar” onu ötən ilin fevralında heyətinə cəlb edib. 21 yaşlı oyunçu qəsəbə təmsilçisi ilə 3,5 illik sazişə qol çəkib.

Ukraynanın 21 yaşadək futbolçulardan ibarət millisinin Azərbaycan əsilli üzvünün son klubu “Minay” olub. “Zirə“ ona görə 100 min avro civarında təzminat ödəyib.

Donetsk “Şaxtyor”unun yetirməsi daha əvvəl Ukraynada “Mariupol”un da formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti