Mövsümün ikinci yarısı üçün hazırlıqlarının Türkiyənin Antalya şəhərində davam etdirən "Sabah"ın "Vorskla" ilə yoxlama matçının saatı bəlli olub.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Vorskla" Ukrayna Premyer Liqasında 17 turdan sonra 23 xalla 7-ci pillədə qərarlaşıb.
"Sabah" ilk sınaq matçında "Rapid"ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

