RƏSMİ - “Sabah” daha bir futbolçusunu icarəyə verdi

12 Yanvar 2024 01:00 Sabah 816
RƏSMİ - “Sabah” daha bir futbolçusunu icarəyə verdi

“Sabah” daha bir futbolçusunu icarəyə verib.

Sportinfo.az Masazır təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Camal Cəfərov mövsümün ikinci yarısını Premyer Liqanın başqa klubunda keçirəcək.

21 yaşlı oyunçu yüksək liqanın autsayderlərindən olan “Kəpəz”ə icarəyə verilib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü mövsümün sonuna qədər Gəncə klubunun formasını geyinəcək.

"Sabah” ötən gün digər hücumçusu İldar Alekperovu “Araz-Naxçıvan”a icarəyə verib. Yarımmüdafiəçi Ceyhun Nuriyev isə “Zirə”yə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti