"Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev Sportinfo.az-a açıqlama verib.
O, öncə komandasının Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib:
"Mövsümün ikinci yarısına hazırlığımız davam edir. Təlim-məşq toplanışı yaxşı keçir.
Hər birimiz var qüvvəmizlə məşq edir, çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün çalışırıq. Fikrimcə, bu toplanış mövsümün ikinci yarısı üçün bizə çox faydalı olacaq".
27 yaşlı futbolçu davamında "Rapid"lə baş tutmuş ilk yoxlama matçından (2:1) danışıb:
"İntensiv və maraqlı oyun oldu. Bu cür oyunlar çatışmazlıqların üzə çıxması baxımından çox faydalıdır.
Qalib gəldiyimizə və qol vurduğuma görə şadam. Lakin bu sadəcə yoxlama oyunu idi. Vacib olan çempionat oyunlarıdır".
XANOĞLAN

