Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan ayrılır?

11 Yanvar 2024 08:30 Sabah 2 787
Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan ayrılır?

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev Premyer Liqamıza qayıtmayacaq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən “Adana Demirspor”un qapıçısı “Sabah”ın istəməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:

"Sabah”ın mənimlə maraqlanması barədə bilgim yoxdur. Bu haqda məlumatım olmadığı üçün nəsə deyə bilmərəm.

Azərbaycan və ya xarici klubların marağına gəlincə, maraq onsuz da hər zaman var. Amma mən bu haqda ümumiyyətlə düşünmürəm.

Komandamı dəyişmək haqda düşünmürəm. “Adana Dəmirspor”dakı işimə köklənmişəm".

29 yaşlı qapıçı 2023-cü il sentyabr ayında "Adana Demirspor"a keçib və onun bu klubla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti