“Sabah” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Bakı klubu Rumıniya yüksək liqa təmsilçisi “Rapid”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Murad Musayevin baş məşqçisi olduğu komanda daha bir yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
"Sabah" - "Rapid" (Rumıniya) - 2:1
Qollar: Cesse Sekidika, 45 (1:0), Burman, 60-pen. (1:1), Anatoli Nuriyev, 69 (2:1)

