"Sabah"ın Antalyadakı növbəti rəqibi Ukrayna klubu oldu

10 Yanvar 2024 13:40 Sabah 737
"Sabah"ın Antalyadakı növbəti rəqibi Ukrayna klubu oldu

Mövsümün ikinci yarısı üçün hazırlıqlarının Türkiyənin Antalya şəhərində davam etdirən "Sabah"ın növbəti rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Vorskla" ilə qarşılaşacaq.

Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Oyun yanvarın 14-də keçiriləcək.

"Vorskla" Ukrayna Premyer Liqasında 17 turdan sonra 23 xalla 7-ci pillədə qərarlaşıb.

"Sabah" ötən gün ilk sınaq matçında "Rapid"ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti