Azərbaycan klubunun Antalyada başına gələn kuryoz hadisə - VİDEO

10 Yanvar 2024 23:00 Sabah 814
Azərbaycan klubunun Antalyada başına gələn kuryoz hadisə - VİDEO

Antalyada təlim-məşq toplanışda olan "Sabah" ilk sınaq matçını arxada qoyub.

Komandamız Rumıniyanın yüksək liqa təmsilçisi “Rapid”lə qarşılaşıb.

“Tələbələr”in qələbəsi ilə bitən (2:1) görüşdə kuryoz hadisə yaşanıb.

Belə ki, ikinci yarının startında Xəyal Əliyev bilməyərəkdən baş hakimə zərər yetirib.

Gənc futbolçunun müdaxiləsindən sonra referi bir müddət yerdə qalıb.

Elə hakimin çətin anlarında onun dadına çatan da “Sabah”lılar olub.

Öncə təmsilçimizin bir neçə üzvü onun başına toplanıb, yardım etməyə çalışıb.

Ardınca Bakı klubunun həkim heyəti meydançaya daxil olub.

Məhz tibbi personalın müdaxiləsindən sonra oyun qaldığı yerdən davam etdirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkə baxa bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti