Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, Masazır klubu Rumıniya təmsilçisi “Rapid”lə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın heyətində Jesse Sekidika 45+2-ci, Anatoli Nuriyev 68-ci dəqiqədə fərqləniblər.
"Sabah"ın yanvarın 15-nə daha bir yoxlama oyunu planlaşdırılıb. Rəqib isə hələ məlum deyil.

