“Sabah” bu gün Türkiyədə “Rapid“lə qarşılaşacaq

9 Yanvar 2024 14:20 Sabah 582
“Sabah” bu gün Türkiyədə “Rapid“lə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Masazır klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşacaq.

Buxarest komandasına qarşı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşacaq.

Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.

“Sabah” Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 22 xalla 8-ci pillədə qərarlaşıb. Bakılılar XIX tur çərçivəsində yanvarın 21-də “Neftçi” ilə qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti