“Komandamızın kapitanıyla bağlı yayılan son xəbərlər həqiqəti əks etdirmir“.
“Sabah“dan Sportinfo.az-a verilən açıqlamada belə deyilir.
Bildirilib ki, Elvin Camalovun transferə çıxarılacağı yönündə ortalığa atılan informasiyaların reallıqla əlaqəsi yoxdur:
“Elvin burada aparıcı oyunçudur və klubla müqaviləsi davam edir. Onunla yolları ayırmağa hazırlaşmırıq. Hər şey qaydasındadır“.
Camalov Masazır klubunda dördüncü mövsümünü keçirir. «Qəbələ»dən transfer olunmuş yarımmüdafiəçinin «bayquşlar»la müqaviləsi üzümüzə gələn yayda başa çatacaq.

