Abdulla Xaybullayev məxsus olduğu "Sabah"a qayıdıb.
22 yaşlı yarımmüdafiəçi Masazır klubunun Antalya toplanışına qatılıb.
Abdulla karyerasının son bir ilini icarə əsasında Gürcüstanda keçirib.
O, "Samtrediya"nın şərəfin qoruyurdu.
Qonşu ölkənin yüksək liqa təmsilçisində 30 oyun keçirmiş yarımmüdafiəçi 4 qol, 4 asistlə yadda qalıb.
"Anji"nin yetirməsi 2019-cu ildən "Sabah"a məxsusdur.
U-21 millimizə də cəlb olunan Xaybullayev yığmada 4 oyunun iştirakçısı olub və 1 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ

