“Komandamızın sabit çıxış etməməsinin səbəbini özüm də bilmirəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın müdafiəçisi Sofian Çakla deyib.
Cari mövsümdən etibarən Azərbaycanda legioner həyatı yaşyaan mərakeşli mövcud vəziyyətin onu da narahat etdiyini bildirib. Bununla belə, o, 2024-cü ilə ümidlə baxır:
“Yaxşı rəhbərliyimiz, bacarıqlı baş məşqçimiz və səviyyəli futbolçularımız var. Lakin niyə belə olmağımız özümə də qaranlıqdır.
Əsl mübarizə irəlidədir. Bacardıqca dincəlməli, yorğunluğu üzərimizdən atmalı və çempionatın ikinci yarısında dayanmadan çalışmalıyıq.
2024-cü ildə ancaq pozitivə köklənməliyik“.
Masazır klubu Premyer Liqanın 18 turu ərzində 22 xal toplayıb. “Bayquşlar“ bu göstərici ilə turnir cədvəlinin təhlükəli zonasında - 8-ci pillədə qərarlaşıb.

