"Sabah"ın skautinq qrupu bu mövsüm ciddi xətalara yol verib ".
Bu fikir klubun sabiq idman direktoru Emin Abbasova məxsusdur.
Bir neçə il öncə buradan ayrılmış keçmiş funksioner ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "bayquşlar"ın yayda aldığı yeni legionerlərin heyəti gücləndirmədiyini bildirib.
O, komandanın cari mövsümə uğursuz başlamasının əsas səbəbləri arasında seleksiya sahəsində buraxılan yanlışlıqları önə çəkib.
Qeyd edib ki, Jesse Sekidika başda olmaqla, bir neçə ay öncə kollektivə qoşulan əcnəbi futbolçular ümidləri doğrultmur və bu, Mura Musayevin nəticə qazanmasına əngəl yaradır.
Bununla belə, Abbasov ümid eləyir ki, mövcud çatışmazlıqlar qış fasiləsində aradan qaldırılacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

