“Qəbələ” Premyer Liqanın 18-ci turunda “Sabah”ı məğlub etməyi bacardı.
Qələbəsizlik sindromuna son qoyan bölgə təmsilçisi “tələbələr”i 1:0 hesabı ilə məğlub edi.
Murad Musayev əsas heyətdə Ruslan Samiqulinə şans vermişdi ki, belədə Yusif İmanovla Nicat Mehbalıyev ehtiyatda qalmışdı.
Oyunun fasiləsində digər futbolçular meydanda məşq etdiyi halda İmanov tribunanın önündə azyaşlı uşaqla söhbət edirdi. “Sabah”ın qapıçısı gələcəyin futbolçusu ilə təxminən 10 dəqiqə dialoq qurandan sonra futbolçu yoldaşlarının yanına tələsdi.
Öyrənəndə məlum oldu ki, “Qəbələ”nin aşağı yaş komandalarından birində oynayan azyaşlı İmanovun qohumudur.
Qəbələyə gəlmişkən və fürsət düşmüşkən qohumu ilə görüşmək imkanını əldən verməyib.
HƏBİB / SPORTİNFO.AZ

