Azərbaycan klubunun baş məşqçisi son təklifi niyə geri çevirdi?

23 Dekabr 2023 14:40 Sabah 881
Azərbaycan klubunun baş məşqçisi son təklifi niyə geri çevirdi?

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyaya qayıtmaqdan imtina edib.

Bir müddət öncə “Alaniya“nın dəvətini geri çevirən mütəxəssis bu dəfə “Şinnik”in təklifini geri çevirib.

Dmitri Xomuxanın postundan ayrılmasından sonra Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib.

Birinci liqa komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54 yaşlı mütəxəssislə daha 1 il uzatmaq bəndi ilə 6 aylıq müqavilə imzalanıb.

“Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana təşrif buyurmuşdu.

Klubun baş direktoru Xalimcan Xayrulin Pobeqalovun Azərbaycana gəlməsini təsdiqləyərək, bunları deyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.

Həmin görüş Bakıda baş tutub və 40 yaşlı məşqçi burada qalmağı üstün tutub.

“Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədər olan Musayev qarşı tərəfin diqqətinə çatdırıb ki, o, ən azı 2025-ci ilin yayınadək Azərbaycanda çalışmağı planlaşdırıb.

Yəni ki, hazırkı kontraktının müddətini daha 1 il uzatmağı qətiləşdirib.

Musayev ölkəmizə alışdığını, “Sabah”da böyük perspektiv gördüyünü, avrokuboklarda yaxşı nəticələr qazanacaqlarına ümid bəslədiyini bildirib.

Digər tərəfdən, “Şinnik”in mövcud vəziyyəti onu qane etməyib. Yaroslavl təmsilçisi birinci liqada pis mövsüm keçirir.

20 tura 24 xal toplayan komanda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb və faktiki olaraq heç bir iddiası qalmayıb.

Əksinə, “Şinnik”i ikici diviziona düşmək təhlükəsi izləyir. Onları 18-ci – son sıradakı «Çernomorets»dən (Novorossiysk) cəmi 6 xal ayırır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti