COP29

Murad Musayev "Qarabağ" önünə niyə onlarsız çıxıb? - AÇIQLAMA

27 Noyabr 2023 22:20 Sabah 1 132
Murad Musayev "Qarabağ" önünə niyə onlarsız çıxıb? - AÇIQLAMA

“Sabah” son çempion “Qarabağ”la bu mövsüm ikinci matçında da məğlub oldu – 1:2.

Murad Musayev “Turan Tovuz”la ötən oyunda olduğu kimi, “atlılar” önünə də çərçivədə Nicat Mehbalıyevlə çıxmışdı.

Amma bir fərq gözdən qaçmadı. Əsas qolkiper Yusif İmanov Tovuzda ehtiyatda yer almışdısa, bu dəfə onun adı protokolda belə yox idi.

Digər gözə dəyməyən futbolçu isə Con İrasabal idi.

Musayevin vazkeçilməz futbolçularından olan ispaniyalını Marian Hadudi əvəzləmişdi.

Cəzası və ya zədəsi olmayan “3 nömrə” də “18-lik”də yer almamışdı.

Hər iki oyunçunun yoxluğu ilə bağlı ünvanladığımız suala klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov belə cavab verib:

“Yusif İmanov xəstələnib. Qapıçının qızdırması var. Son məşqlərdə də iştirak etməyib. Bu səbəbdən heyətdə yer almamışdı.

İrasabal isə “Qarabağ”la oyunun hazırlığında həftə boyu iştirak etmişdi. Sadəcə son məşqdə zədə aldı. Bu səbəbdən onun da adı iştirak ərizəsində yox idi”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"