Murad Musayevin 1:1 dərsi

5 Dekabr 2022 19:00 Sabah 631
Murad Musayevin 1:1 dərsi

«Sabah»ın baş məşqçisi Murad Musayev Kristian Sebalyosu cərimələyəcək.

Rusiyalı mütəxəssis ispaniyalı legioneri gələn ay komandadan uzaqlaşdırsa, mən bunu adi qarşılayacam, onu qətiyyən qınamayacam.

Seblayas «Şamaxı» ilə oyuna qəhrəman kimi başladı, antiqəhrəman kimi bitirdi. Hesabı tez açdı, tez də meydandan qovuldu.

Lüzumsuz yerə aqressivlik etdi, bütün planları korladı.

Hesabdakı üstünlüyün əldən çıxması sırf Sebalyosun günahıdır. «Sabah» bu minvala hazır deyildi, qəfil yaxalandı.

Arxayınlıq da bir yandan. Deyir, adamın özünə, özünkülərə elədiyini heç fələk də edə bilməz.

Qızıl medala şansı olan kollektivin bir nümayəndəsi də qış düzəldən yerdə vurub göz çıxarmamalı, diqqətini itirməməli, ehtiyatını gözləməlidir.

«Sabah» özü kimi iddialılara tamam fərqli yanaşır. Güclü motivasiya ilə meydana çıxır. Zəiflərlə qarşılaşmalarda isə bir qayda olaraq həmin oyun tərzi keçir arxa plana,

Murad Musayev gözləyir ki, görəsən, bu dəfə hansı futbolçu fərdi keyfiyyəti ilə 3 xalı ona qazandıracaq.

Neçə dəfə belə olub. Bu dəfə elə olmadı.

Yəqin dərs alarlar.

Musayev qvardiyasının hər bir fərdinə anladar ki, qarşılarına çıxan komandanın adına, turnir cədvəlindəki yerinə aldanmasınlar, oyun seçməsinlər, hamıya eyni gözlə baxsınlar. Stabilliyin şərti çox sadədir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!