Azərbaycan millisinin oyununda "Sabah"ın məşhur simasına XÜSUSİ DİQQƏT - FOTOLAR

26 Sentyabr 2022 22:20 Sabah 1 092
Azərbaycan millisinin oyununda "Sabah"ın məşhur simasına XÜSUSİ DİQQƏT - FOTOLAR

Azərbaycan millisi Millətlər Liqasının C Divizionunda sonuncu görüşünü qələbə ilə başa vurdu.

Doğma meydanda Qazaxıstanı qəbul edən yığma sonda darmadağına sevindi – 3:0.

Mərdəkandakı “Dalğa arena”da keçirilən qarşılaşmanı izləyənlər arasında Premyer Liqa klublarında çıxış bir çox əcnəbi legionerlər də vardı.

Məsələn, “Sabah”ın üzvü Abdulaye Ba kimi. Digərlərindən fərqli olaraq bu yay ölkəmizə gələn 31 yaşlı mərkəz müdafiəçisinə maraq daaha böyük olub.

Təbii ki, Seneqal millisinin sabiq üzvünün məşhurluğu burda da özünü büruzə verib.

Belə ki, matçdan əvvəl və sonra azarkeşlər “Portu”, “Fənərbaxça” kimi tanınmış klubların sabiq üzvü ilə foto çəkdirmək üçün sıraya düzülüblər.

Fanatların Ba sevgisini özündə əks etdirən fotolardan bəzilərin sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti