"Sabah"ın kapitanı bu hadisəni ilk dəfə yaşadı

18 Sentyabr 2022 12:40 Sabah 535
"Sabah"ın kapitanı bu hadisəni ilk dəfə yaşadı

Premyer Liqada 7-ci tur start götürüb.

Sportinfo.az xəbər verir ki, “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun "Sabah"ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub.

Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən kapitan Azərbaycan çempionatında ilk qoluna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu