"Avrokuboklara vəsiqə qazanmaq minimum tapşırıqdır"

8 Avqust 2022 03:10 Sabah 618
"Avrokuboklara vəsiqə qazanmaq minimum tapşırıqdır"

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın birinci turunun "Sumqayıt"la (3:0) oyunu barədə sualları cavablandırıb.

- Çempionatın startı həmişə həyəcanlı olur. Amma nəticədən, oyunçuların yanaşmasından və oyun keyfiyyətindən razı qaldım. Azarkeşlərə xüsusi təşəkkür düşür. Onlar həmişəki kimi bu gün də bizə çox yaxşı dəstək göstərdilər.

- Vurduğunuz hər üç qol baxımlı alındı. Ev tapşırıqları idi, yoxsa təsadüfən alındı?
- "Sumqayıt" çox kompakt oynayırdı, boş zonalar az idi. İlk yarıda hücumlarımızın əksəriyyəti cinahlardan olurdu. Qol vurandan sonra rəqib boş zonalar verdi və daha böyük güclə hücuma keçdik. Artıq hücumlarımız mərkəzdən və cinaha yaxından alınırdı. Kombinassiyalı futbol oynamağa hər zaman çalışacağıq.

- Rəhbərlik qarşısınıza konkret hansı məqsədi qoyub?
- Bir addım önə gedib, avrokuboklara vəsiqə qazanmaq minimum tapşırıqdı. Ancaq təbii ki, medallar uğrunda mübarizə aparmaq istəyərdik.

- Bu, "Sabah"ın real gücü idi, yoxsa "Sumqayıt" zəif idi?
- Deməzdim ki, rəqib pis oynadı. Onlar bizə çox çətin anlar yaşatdı. Biz də çox işləməliyik. Çempionatın ilk oyunudu, böyük təriflərdən qaçmaq istəyərdim.
- Deyəsən, hakim rus dilində başa düşmədiyinə görə sizə sarı vərəqə göstərildi...
- Həmin epizodda biz hücuma çıxırdıq və hakim vərəqə göstərməkdə tələsdi. Mən orada hakimi təhqir etmədim. Ona sadəcə emosional şəkildə dedim ki, hücum bitdikdən sonra da vərəqəni göstərə bilərdin.
- Ötən mövsüm sona bir tur qalmış "Sumqayıt"ı məğlub edə bilmədiniz deyə, avrokuboklar uğrunda mübarizəni dayandırdınız. Bu dəfə isə onları asanlıqla məğlub etdiniz. Bu müddətdə "Sabah" güclənib, yoxsa "Sumqayıt" zəifləyib?
- Nəsə demək çox tezdi. Minimum 4-5 oyundan sonra analizlər aparmaq olar. Bu oyunu unudub qarşıdakı "Zirə" matçına hazırlaşmalıyıq. "Sumqayıt" çempionat başlamamışdan qabaq bir neçə transfer etmişdi. Onlara qarşı oynamaq çətin olacaq.
- Rusiya mətbuatına açıqlamanızda demisiz ki, VAR futbolun klassikasını "öldürür". Sabah hansısa epizodda VAR sizə kömək olarsa, fikrinizi dəyişəcəksiz?
- Siz məni düzgün başa düşməmisiz. Mən iki əlli VAR-ın tərəfdarıyam. Rusiyadakı VAR-ı demişəm, orada dayanmalar çox olur. Avropada 20-30 saniyəyə hər şeyə qərar verirlər. Bu gün bizdə də dayanmalar çox olmadı.

Digər Xəbərlər
Xəbər Lenti