“Konfrans Liqasında çıxış edəcək “Sabah”dan gözləntilər böyükdür”.
Bu sözlər Masazır klubunun sabiq idman direktoru Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “bayquşlar”ın avrokubok perspektivi haqda söz açıb.
Tanınmış teleaparıcı bildirib ki, o, “Sabah”ın qitə arenasında yaxşı nəticə qazanacağına inanır.
Abbasov söyləyib ki, yeni baş məşqçi Krunoslav Renduliç təcrübəli mütəxəssisdir və səviyyəli futbolçular transfer olunsa, komanda Konfrans Liqasında iki mərhələ keçəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

