“Sabah”ın daha bir komandası Azərbaycan çempionu oldu - FOTOLAR

8 May 2022 11:20 Sabah 1 336
“Sabah”ın daha bir komandası Azərbaycan çempionu oldu - FOTOLAR

AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah” son turda “Şamaxı”nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib.

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah”ın U-15 komandası mövsümü çempion kimi başa vurub.

Bir neçə gün öncə “Sabah”ın U-16 komandası da öz liqasında çempion olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM