"Üç il sonra hamı "Sabah"dan danışacaq, daha nələr etmirlər!"

23 Yanvar 2022 10:40 Sabah 2 624
"Üç il sonra hamı "Sabah"dan danışacaq, daha nələr etmirlər!"

«Üç il sonra hamı «Sabah»dan danışacaq».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında keçmiş futbolçu Mirhüseyn Seyidov deyib.

Bir neçə il öncə karyerasını erkən başa vurmaq məcburiyyətində qalan «Neftçi»nin yetirməsi özünün futbol məktəbini yaradıb.

Sabiq yarımmüdafiəçi bura cəlb etdiyi uşaq vəyeniyetmələr arasında istedadların olduğunu bildirib:

«İllər əvvəl yalnız «Neftçi» uşaq futboluna diqqət yetirirdi. Növbəti illərdə «Bakı» və «Qəbələ» bu istiqamətdə böyük işlər gördü.

İndi də baxırsan, bu klubun akademiyasından çıxanlar çoxluq təşkil edir. Təəssuf ki, «Bakı» dağıldı, «Qəbələ»nin isə maliyyə vəziyyəti əvvəlki kimi deyil.

Mən yaxınlarda «Sabah»ın akademiyasının məşqlərində oldum, şəraitlərini gördüm, uşaqlara göstərdikləri diqqətə yaxşı mənada təəccüb etdim.

Onlar üçün daha nələr etmirlər … Hər cür qayğı göstərirlər. «Sabah» bu mənada başqalarına örnəkdir.

«Sabah»ın akademiyasında xeyli perspektivli uşaqlar gördüm. Sevinirəm ki, Azərbaycanda uşaq futboluna belə diqqət göstərən klublar var.

Mən də istəyirəm ki, yaratdığım məktəbin uşaqları Premyer Liqa klublarına getsin, daha da inkişaf etsinlər».

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi