"Sabah" təklif almayıb

17 Yanvar 2022 17:40 Sabah 894
"Sabah" təklif almayıb

"Sabah" Şpiro Periçiçə görə yeni təklif almayıb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, xorvatiyalı müdafiəçinin ölkəsində bir neçə komanda ilə danışıqlar aparması yönündə yayılmış xəbərləri təkzib edib.

E.Həmidov deyib ki, balkanlı legioner Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışında iştirak edə bilmir. Buna 29 yaşlı əcnəbi oyunçunun ilin əvvəlində koronavirusa yoluxması səbəb olub.

Hazırda ölkəsində olan Periçiç karantin müddəti bitmədiyi üçün hazırlıq prosesinə qatılmır.

Klub təmsilçisinin sözlərinə görə, o, yaxın günlərdə növbəti dəfə test verəcək və nəticə neqativ olarsa, düşərgəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"