AFFA "Sabah"a xəbərdarlıq etdi - Baş məşqçisinə görə

27 Noyabr 2021 00:50 Sabah 1 460
AFFA "Sabah"a xəbərdarlıq etdi - Baş məşqçisinə görə

"Sabah" səfərdə "Neftçi" ilə keçirdiyi Azərbaycan Pemyer Liqasının XI tur oyununda nöqsanlara yol verib.

Sportinfo.az xəbər verir ki, qonaq komanda futbolçularının geyimlərindəki qüsurlar üzündən matç gec başlayıb.

Bu səbəbdən, "Sabah" 800 manat cərimələnib.

Komandanın baş məşqçisi Murad Musayev isə “A” buraxılış vəsiqəsindən istifadə etməyib. Bununla əlaqədar kluba xəbərdarlıq edilib.

Görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Digər Xəbərlər
Xəbər Lenti