"Baş məşqçinin onunla söhbəti olub" - “Qırmızı” məsələsi

20 Oktyabr 2021 22:20 Sabah 545
"Baş məşqçinin onunla söhbəti olub" - “Qırmızı” məsələsi

"Sabah"ın sonuncu turda "Qarabağ"a məğlub olmasında paraqvaylı hücumçu Xulio Rodrigesin də "payı" az olmadı.

Məhz onun 27-ci dəqiqədə aldığı qırmızı vərəqə Masazır təmsilçisini çətin rəqiblə matçda vəziyyətini daha da ağırlaşdırmış oldu.

Əbəs deyil ki, qarşılaşmadan sonra keçirlən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Ramin Quliyev "İndi nəsə demək çətindir. Birbaşa qırmızı almaq ciddi məsələdir.

Onunla söhbətimiz olacaq" deməklə məsələnin üstündən elə-belə keçməyəcəyinə eyham vurmuş oldu. Görəsən, əcnəbi futbolçuya hansı cəza verilib?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-ın sorğusuna cavab olaraq bu barədə geniş danışa bilməyəcəyini bildirib:

"Baş məşqçimizin futbolçu ilə danışığı olub. Ancaq cəza ilə bağlı açıqlama verə bilmərəm. Bu, klubun daxili işidir".

Digər Xəbərlər
Xəbər Lenti