Premyer Liqa təmsilçisi bu transferi hansı şərtlərlə transfer edib?

10 Avqust 2024 16:20 Sabah 2 051
Premyer Liqa təmsilçisi bu transferi hansı şərtlərlə transfer edib?

"Sabah" heyətini yeni legionerlə gücləndirib.

Braziliyalı İqor Noqeyra ilə 2 illik müqavilə bağlanıb.

29 yaşlı mərkəz müdafiəçisi "Şaveş"dən (Portuqaliya) transfer edilib.

Braziliyada "Fluminense"nin yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-2021), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-2022) klublarında da çıxış edib.

"Sabah"da 14 nömrəli formanı geyinəcək Noqeyranın transferi haqda ilk xəbəri saytımız yayıb. İki gün öncə oxucularımızı bu barədə məlumatlandırmışıq.

Sosial şəbəkələrdə yayılan iddialara görə, «bayquşlar» braziliyalıya görə Portuqaliya klubuna 400 min avro təzminat ödəyib.

Düzünü bilmək istəyirsizsə, bu informasiya həqiqəti əks etdirmir. Klublar arasında başqa anlaşma mövcüddur.

Anlaşmaya görə əgər futbolçu "Sabah"dan hansısa kluba transfer edilsə, əvvəlki klubuna müəyyən faiz ödəniləcək.

«Saveş» yüksək liqada yerini itirdiyindən, yüksək ödənişli futbolçuları nı real qiymətindən aşağı məbləğə satmağa başlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA