COP29

"Klubun direktoru məni bəyənirdi, lakin baş məşqçi xidmətimdən istifadə etmirdi"

16 İyun 02:20 Sabah 2 754
"Klubun direktoru məni bəyənirdi, lakin baş məşqçi xidmətimdən istifadə etmirdi"

"Hibernians"da oynayıram, Maltada da hər şey yaxşıdır.

Amma 100 faiz də xoşbəxt deyiləm, daha yaxşı olmasına çalışıram.

Azərbaycanda olduğum vaxtda çox da oynamırdım. Klubun direktoru məni bəyənirdi, lakin baş məşqçi xidmətimdən istifadə etmirdi. İstənilən halda, Azərbaycanda, "Sabah"da böyük təcrübə qazandım".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Hiqor Qabriel deyib. 2021-ci ildə "Fluminense"dən "Sabah"a keçən, amma Masazır klubunda əsas oyunçuya çevrilə bilməyən braziliyalı ölkəmizi tərk edərək Maltanın "Hibernians" klubu ilə anlaşmışdı.

25 yaşlı müdafiəçi hazırkı karyerasından da söhbət açıb: "Azərbaycanda, Belarusda, Ukraynada yaşadığım hər şey mənim üçün təcrübədir.

Çox şey öyrəndim və "Sabah"a keçdiyim üçün heç vaxt peşman olmamışam. Azərbaycanda çox şey öyrəndim. “Sabah” da çox yaxşı klubdur.

Orada olduğum üçün şadam. Ümidvaram ki, bu klubun da işləri çox yaxşı gedər və istədikləri nəticələri qazanarlar.

Onlar avrokuboklarda mübarizə aparacaq, uğurlar arzulayıram".

Qabriel "Sabah"da olduğu vaxtda "Dinamo"(Minsk) və "Lvov" klublarında icarə əsasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi