“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sent Patriks Atletik" ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.
İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

