“Sabah”dan getmək növbəsi ona çatdı - FOTO

1 İyun 2021 19:20 Sabah 915
“Sabah”dan getmək növbəsi ona çatdı - FOTO

“Sabah”da daha bir futbolçu ayrılığı baş verib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar yarımmüdafiəçi Elşən Abdullayevlə vidalaşıb.

Məşqçilər korpusu müqavilə müddəti başa çatan 27 yaşlı oyunçuya yeni sözləşmə təklif etməmək qərarına gəlib. O, 2018-ci ildən bu komandada çıxış edib.

Bu, “Sabah”ın yay fasiləsində 7-ci ayrılığı olub. Rəhbərlik Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Dmitro Klotsla da sağollaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"