Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ

28 May 2021 16:00 Sabah 1 316
Premyer Liqa klubunda yeni təyinat - RƏSMİ

“Sabah”da yeni təyinat gerçəkləşib. Masazır təmsilçisinin Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Beləcə, Sportinfo.az-ın yaydığı xəbər öz rəsmi təsdiqini tapıb (https://www.sportinfo.az/idman_xeberleri/sabah/114968.html).

Keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb.

Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın əsas yığmasının da baş məşqçisi olub.

Mütəxəssisə geniş səlahiyyətlər verilib. Ona seleksiya fəaliyyətinə nəzarət və kollektivi formalaşdırmaq tapşırılıb. Baş məşqçi postunda qalması dəqiqləşən Ramin Quliyev komandayla bağlı bütün addımları yeni idman direktoru ilə məsləhətləşəcək.

Bu təyinat 3 həftədir gündəmdə idi. Ponomaryov hətta “Qəbələ” ilə səfər oyununa yollanmış, 2:2 hesabıyla bitən matçdan sonra paltardəyişmə otağına düşmüş, futbolçularla görüşmüşdü.

Həmin vaxt sosial şəbəkələrdə xəbər yayılmışdı ki, o, baş məşqçi postuna qayıtmağa hazırlaşır. Amma bu, sadəcə, şayiə idi, çünki Quliyevin yeni işini davam etdirməsi onadək razılaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"