"Neftçi" millinin müdafiəçisinin xidmətində maraqlıdır

14 May 2021 19:20 Sabah 1 885
"Neftçi" millinin müdafiəçisinin xidmətində maraqlıdır

Milliniə və «Sabah»ın müdafiəçisi Bəhlul Mustafazadəyə daha bir təklif gəlib.

Sportinfo.az-ın məlumatına görə, «Neftçi» onun xidmətində maraqlıdır.

«Qəbələ»nin yetirməsinin Masazır təmsilçisi ilə sözləşməsi gələn ilin yayınadək nəzərdə tutulub. «Ağ-qaralar»ın baş məşqçisi Samir Abasov sərəncamında görmək istədiyi azsaylı yerli futbolçular arasında Bəhlulun adını xüsusi qeyd edib.

Amma çətin ki, «Sabah» millinin üzvü ilə vidalaşmağa razı olsun. Hər halda gələn mövsüm iddialı heyət qurmağı onlar da qarşısına məqsəd qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da