“Sabah”ın rəsmisi problemin SƏBƏBİNİ AÇIQLADI

10 May 2021 09:40 Sabah 1 109
“Sabah”ın rəsmisi problemin SƏBƏBİNİ AÇIQLADI

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” - “Qarabağ” oyununda gözlənilməz hadisə baş verib.

Qarşılaşma 5-ci dəqiqədə dayandırılıb. Buna səbəb stadionun projektorunun sönməsi olub.

Bu səbəbdən baş hakim Rauf Cabarov problemin həll olunması üçün görüşü dayandırıb. Təxminən 3 dəqiqə oyuna ara vverilsə də, sönən projektor yanmayıb.

Buna rəğmən, referi hər iki komanda ilə məsləhətləşdikdən sonra matçın davam etdirilməsini qərara alıb.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov hadisənin səbəbi haqda Sportinfo.az-a bunu deyib:

“Oyunun ilk hissəsində projektorlardan birində texniki problem yaranmışdı. Buna görə oyunda bir neçə dəqiqəlik fasilə yarandı. Qısa müddştdə problem aradan qaldırılan kimi matç davam etdirildi“.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi