COP29

Gənc iş adamı Bakıda yeni futbol klubu yaratdı - FOTO

7 Dekabr 2024 11:40 Region Liqası 7 259
Gənc iş adamı Bakıda yeni futbol klubu yaratdı - FOTO

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.

Yaşıl meydanların yeni siması “Cəngi” adlanır.

Onlar Bakını təmsil edəcək. AFFA tərəfindən qeydiyyata alınan pytaxt təmsilçisi Region Liqasında mübarizə aparacaq.

“Cəngi”ni yaradan gənc iş adamlarından biridir. Komanda əsasən cavanlardan ibarət olacaq.

Region Liqasının yeni mövsümünə qeydiyyat başa çatıb. Çempionat dekabrın ilk yarısında start götürəcək.

Əsas diqqətçəkən məqam iştirakçı sayı ilə bağlıdır. Belə ki, federasiya ötən sezonlarla müqayisədə yarışmanın coğrafiyasını bir qədər də genişləndirib.

Liqada nə az, nə çox, 55 komanda mübarizə aparacaq.

Naxçıvan turnirdə təmsil olunmayacaq. Səbəb yerli federasiyanın Muxtar Respublikanın daxili birinciliyinin təşkilindən imtina etməsidir.

NFF maliyyə çatışmazlığını əsas gətirərək, ardıcıl ikinci il Naxçıvan çempionatını keçirməyəcək.

Reqlamentə gəlincə, təşkilatçılar hansısa dəyişiklik etməyə lüzum görməyib. Kollektivlər öncə zonalar üzrə bölünəcək, qruplarda ilk pillələri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti