Klub prezidenti 10 oyunluq cəzalandırıldı – AFFA-nı söydüyü üçün

01:20 Region Liqası 101
Klub prezidenti 10 oyunluq cəzalandırıldı – AFFA-nı söydüyü üçün

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az bu barədə AFFA-nın saytına istinadən xəbər verir.

Komitənin qərarında qeyd edilir ki, 29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK-"VT Gəncə" matçında hər iki komandanın oyun forması eyni olub. Bu səbəbdən görüş baş tutmadığı üçün oyun yenidən keçiriləcək.

Bundan başqa, qərarda qeyd edilir ki, həmin oyunda "VT Gəncə" klubunun prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!