Bu liqada bir neçə komanda ÖZBAŞINALIQ etdi

08:50 Region Liqası 144
Bu liqada bir neçə komanda ÖZBAŞINALIQ etdi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Xıdırlı”ya texniki məğlubiyyət verib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Viləş”lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər.

Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün “Xıdırlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki “İstiqlal” kollektivi də bu halla üzləşib. Komanda “Sabirabad”la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında “Hacıqabul” isə “Ucar”la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında “Xudat” “Kəpəz”lə oyunda, “Qəbələ” isə “Alfa” ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO