Azərbaycan komandası onlarla qarşılaşacaq - Region Kubokunun püşkü atıldı

11 Dekabr 2025 02:50 Region Liqası 1 291
Azərbaycan komandası onlarla qarşılaşacaq - Region Kubokunun püşkü atıldı

İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.

Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq.

Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu