Azərbaycanda futbolçu hakimə təpik vurdu, 14 oyunluq cəza aldı

5 Dekabr 2025 02:30 Region Liqası 873
Azərbaycanda futbolçu hakimə təpik vurdu, 14 oyunluq cəza aldı

AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

Sportinfo.az xəbər verir ki, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.

O, Region Liqasında "Ağsu Siti" ilə keçirilən oyunun 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün bu cəzanı alıb.

Baş verənlərə görə "İmişli Bələdiyyəspor" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi